Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Prezident
İlham Əliyev və Nikol Paşinyan arasında keçirilən görüş növbəti dəfə Azərbaycanın diplomatik-siyasi uğuru kimi qiymətləndirilə bilər. İlk növbədə onu vurğulamaq lazımdır ki, normal siyasi atmasferada və səmimi ovqatda keçirilən görüşdə Azərbaycan Prezidenti Cənab İlham Əliyevin nikbin praqmatik təşəbbüskarlığı daha çox nəzərə çarpırdı.
Hər bir siyasi görüşündə milli maraqlara söykənən mövqe göstərən Prezident İlham Əliyev bu görüşdə açıq siyasətin təşəbbüskarı olduğu reallığı düzgün analtik edən diplomat kimi yadda qalan, nəzərə çarpan, siyasətçi kimi tarixi qələbədən sonra öz qətiyyətindən
çəkinməyərək, dünyaya heyran edici uğurlu diplomatiya sərgiləmiş oldu.
Prezident İlham Əliyevin Brusselə
səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl
Mişel, ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr dövlət başçısının dünyada böyük
nüfuzunun göstəricisidir.
Prezident İlham Əliyevin görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni format - Brüssel sülh gündəliyi yarandı. İlk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirilib, bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən sülh gündəliyinin əsası qoyulub. Proseslərin davamı və inkişafı olaraq tərəflər
arasında intensiv təmaslar aparılıb, telefon danışıqları keçirilib.
Prezident İlham Əliyevin sayəsində diplomatik müstəvidə Azərbaycanın qələbəsi
danılmazdır. Hazırda Ermənistanda gedən proseslər və erməni cəmiyyyətində hökm sürən əhval-ruhiyyə onu göstərir ki, Azərbaycan Prezidentinin siyasi-diplomatik səyləri böyük səmərə verir və Ermənistanın müxtəlif iddialarla prosesi ləngitmək cəhdləri iflasa uğrayır.
Beləliklə, Brüssel danışıqları bir daha onu təsdiq etdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur olan Ermənistanın bütün əsassız iddialarından əl çəkmələ bölgədəsülh mühitinin formalaşmasına qoşulmaqdan başqa çıxış yolu qalmır.Anar Hüseynov,Xocalı rayon Qaragav kənd tam orta məktəbinin müəllimi